ABŞ-ın “Xilinx” şirkəti Türkiyənin “Roketsan” raketləri üçün hissə tədarükünü dayandıracaq. ONN media xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Tara Simsin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) sorğusuna cavab olaraq verdiyi açıqlamada deyilir. “Bu yaxınlarda “Xilinx” çiplərini daşıyan silahlı pilotsuz uçuş aparatlarından Dağlıq Qarabağda istifadə edildiyini öyrəndik. Texnologiyamızın şiddət tətbiqində istifadəsinin qarşısını almaq üçün edə biləcəyimiz tədbirləri müəyyənləşdirməyə dair kompleks yoxlanışa başladıq. Araşdırmamızdan sonra səlahiyyətli distribütorlarımıza məhsullarımızın gələcəkdə bu cihazın yaradılmasında iştirak etdiyini müəyyənləşdirdiyimiz şirkətlərə tədarükünü dayandırmağı tapşırdıq”, - açıqlamada bildirilir. Qeyd olunur ki, şirkətin məhsullarının tədarükü və paylanması ilə bağlı yoxlama artıq başlayıb. “Roketsan” Ankarada yerləşən böyük silah istehsalçısı və müdafiə podratçısıdır. Şirkət 1988-ci ildə raket texnologiyasına dair milli sənaye bazası yaratmaq üçün Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən qurulub. Xatırladaq ki, artıq 7 şirkət Türkiyənin “Bayraktar” PUA-ları üçün komponent tədarük etməkdən imtina edib. Bunlar “Garmin” (ABŞ), “Trimble Navigation” (ABŞ), “Vlasat” (ABŞ), “Northrop Grumman” (ABŞ), “Beringer Aero” (ABŞ, Böyük Britaniya), “Rotax 912” (Avstriya, Kanada) və “Wescam”dır (Kanada). Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələri sözügedən PUA-lardan yalnız Ermənistanın legitim hərbi hədəflərini zərərsizləşdirmək üçün istifadə edib.
ABŞ-dan Türkiyəyə qarşı İNANILMAZ HƏRƏKƏT: Qarabağa görə...



Türkiyə daha bir ilkə imza atdı
İki ölkə "Bayraktar" PUA-ları üçün HƏRƏKƏTƏ KEÇDİ: Qarabağdan sonra...
Daha bir ölkə “Bayraktar”a nifrətini ortaya qoydu - Tədarük dayandı
Daha bir ölkə PUA istehsal edəcək
WhatsApp istifadəçilərinin sayında ŞOK ARTIM
Qarabağda 168 yaşayış binası və 80 hektardan çox ərazi... - Nazirlikdən SON MƏLUMAT
Qaz tədarükünü davam etdirəcəyik - Putin AÇIQLADI
Erməni ailəsinin Azərbaycandakı biznesi - ŞOK FAKTLAR - VİDEO
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
Kanada Türkiyəyə silah tədarükünü dayandırdı
"Borjomi"nin istehsalı dayandırıldı - NİYƏ?
Rusiya MN Ağdamdakı mərkəzdən VİDEO YAYDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 