Azərbaycanda hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb. ONN media xəbər verir ki, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb. 2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib, 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Son 3 il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların sayı sabit qalıb. 2017-2019-cu illərdə şəhər yerlərində hər 100 qıza 113 oğlan düşüb. Kənd yerlərində isə bu göstərici dəyişib. 2017-ci ildə kənd yerlərində 100 qıza 114, 2018-ci ildə 116, 2019-cu ildə 115 oğlan düşüb. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri hələ bir müddət əvvəl gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsinin davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə biləcəyini açıqlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hazırda dünyanın bir sıra aktual problemlərindən birinin uşaqların cinsə görə nisbətinin pozulması olduğunu bildirib: "Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda süni şəkildə baş verir".
Azərbaycanda hər 100 qıza neçə oğlan düşür?



Azərbaycanda oğlan uşaqlarının sayı artır
Azərbaycanda körpələrə hansı adlar az qoyulur?
Yenidoğulanlara qoyulan adlar arasında bu adlar birinci oldu
Azərbaycanda əhalinin təbii artımı azalıb
Azərbaycanda qadınların sayı azalır
Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Azərbaycanda ildən-ilə qadınların sayı azalır - ŞOK STATİSTİKA
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycanda Şok statistika- 18 yaşlı oğlanlar...
Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub
Ölkədə əmək qabiliyyətli yaşda ölənlərin çoxu...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 