Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. MİDA-dan verilən məlumata görə, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az və mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür. Satışa ümumilikdə 501 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunacaq.
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ



Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Daha 503 güzəştli mənzil satışa çıxarılır
Evi olmayanlara ŞAD XƏBƏR: yeni güzəştli mənzillər satışa çıxarılacaq
Sabahdan "güzəştli mənzil"lərin satışına başlanılır
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
Evsizlərə ŞAD XƏBƏR: Aylıq ödənişi 138 manatdan başlayan mənzillər satışa çıxarılır
Gözlənilən gün gəldi- Mənzil almaq istəyənlərə şad xəbər
Güzəştli evlərlə bağlı son nəticə
"Güzəştli mənzil"lərin satışı bu tarixdə başlayır
Mənzil almaq istəyən müəllimlərə şad xəbər
Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ
Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 