Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, Zığ şossesi - Hava Limanı avtomobil yolunun 12-ci km-liyində yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə 503 mənzilin satışını 21 aprel saat 11:00-dan 30 aprel saat 11:00-a qədər davam etdirəcək. ONN media xəbər verir ki, bu barədə MİDA məlumat yayıb. MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzil seçimi 26 aprel saat 11:00-da başlayacaq və 30 aprel saat 11:00-a qədər davam edəcək. Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzil seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür. Satışa çıxarılan mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Buna dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib. Ətraflı bu linkdən məlumat ala bilərsiniz.
Daha 503 güzəştli mənzil satışa çıxarılır



Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Sentyabrın 10-dan-19-dək... — Müddət AÇIQLANDI
Güzəştli mənzil satışı tamamlandı
Daha 503 güzəştli mənzil satıldı
Evi olmayanlara ŞAD XƏBƏR: yeni güzəştli mənzillər satışa çıxarılacaq
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
Evsizlərə ŞAD XƏBƏR: Aylıq ödənişi 138 manatdan başlayan mənzillər satışa çıxarılır
Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
Güzəştli evlərlə bağlı son nəticə
Güzəştli mənzillərin seçimi ilə bağlı YENİ XƏBƏR
Sabahdan "güzəştli mənzil"lərin satışına başlanılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 