Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə yanvarın 25-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.
ONN media xəbər verir ki, MİDA-nın yaydığı məlumata görə, 174 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 242 nəfərdir.
Güzəştli mənzillərin ilk satışı zamanı 324 mənzilin seçimində 4 542 şəxs iştirak etmişdirsə, bu günkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5 909 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.
Bu saata olan məlumata görə seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.



Daha 503 güzəştli mənzil satıldı
Güzəştli mənzillərin seçimi ilə bağlı YENİ XƏBƏR
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Sentyabrın 10-dan-19-dək... — Müddət AÇIQLANDI
Güzəştli mənzil satışı tamamlandı
"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ
Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
Daha 503 güzəştli mənzil satışa çıxarılır
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
SON DƏQİQƏ: MİDA nəticələri ilə bağlı həbs edilənlər var
Gözlənilən gün gəldi- Mənzil almaq istəyənlərə şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 