“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edilib. ONN media xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir. Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır. Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət vardır. Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə uyğun olaraq, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.
Əli Əsədov bu qərara dəyişiklik etdi



Baş nazir vəkillərlə bağlı qanunu imzaladı
Əli Əsədov yeni qərar imzaladı
Nazirlər Kabineti bu sənədlərin məxfiliyini açdı
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev bu qərarı qəbul etdi
İlham Əliyev fərman imzaladı
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Dövlət bayrağı ilə bağlı qaydalarda DƏYİŞİKLİKLƏR EDİLDİ
Bu gün Milli Məclis toplaşır: 19 məsələ müzakirə olunacaq
Nazirlikdən ev almaq istəyən hərbçilərə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 