Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb. TƏBiB-dən verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib. Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib. İlkin Əzməmmədov bunu öz izahatında da təsdiqləyib.
Azərbaycanda kişiyə hamilə diaqnozu qoyuldu: TƏBİB-dən AÇIQLAMA



Azərbaycanda başqa xəstəlikdən ölənlərə koronavirus diaqnozu qoyulur? - AÇIQLAMA
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
Şamaxıda kütləvi zəhərlənmə baş verib
Polisi aldatmaq üçün ingiliscə haray qoparan gəncəli
Bakıda xəstəxanada hamilə qadın öldü: Yaxınları tanınmış ginekoloqu DÖYDÜ
Azərbaycanda daha iki nəfər dönərdən zəhərləndi
TƏBİB-dən Qənirə Paşayeva ilə bağlı açıqlama
Sosial şəbəkə istifadəçilərinə müraciət edildi
Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? – RƏSMİ MÜNASİBƏT
BNA-dan biabırçı SƏHV
"İlkin işinin başındadır" - ATV prezidentindən açıqlama
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 