“Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb”. ONN media xəbər verir ki, bunu teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni, İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”. Bundan sonar Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”. Füzulidə və Ağdamda yeni hava limanlarının tikintisinə gəlincə, Paşa Kəsəməniski bu haqda əlavə məlumat verə bilmədiyini vurğulayıb. Qeyd edək ki, noyabrın 25-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
Xankəndi hava limanı ilə bağlı RƏSMİ AÇIQLAMA: Azərbaycan BUNA NAİL OLDU



AZAL-ın "Qarabağ" təyyarəsi Füzuli hava limanına endi
Bu hava limanı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir - Deputat
Bu məhsullarla bağlı qərar verildi
Bu hava limanı bağlanır- SƏBƏB NƏDİR?
Ermənistan təyyarələri də Azərbaycan hava məkanından istifadə edə biləcək
AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir
AZAL Füzuli Aeroportunun istifadəyə veriləcəyi tarixi AÇIQLADI
Füzuli Hava Limanına beynəlxalq status verildi - QƏRAR
Füzuli Hava Limanı böyük əhəmiyyəti - İqtisadçı alim AÇIQLADI
Füzuli Hava limanında DSX də fəaliyyət göstərəcək
Sabah Zəngilan Beynəlxalq Hava limanının açılışı olacaq
Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək - Prezident
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 