Bu ilin 30 noyabr tarixində nazir Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd etdi. Nazir, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirdi.
Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verdi.
Günay Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəyovun 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim etdi.
Görüş zamanı, həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.



Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Günay Əfəndiyeva: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi hər birimizdə qürur hissi doğurur
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
“Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi–praktiki konfrans keçirilib
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Ceyhun Bayramov paneldə çıxış etdi
Ceyhun Bayramov TDT XİN başçılarının X iclasında çıxış edib
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Türk Şurasının nümayəndə heyəti Ağdamda
Bayramov Harmancı ilə görüşdü
“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda konfrans işə başlayıb
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 