Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Naxçıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7. Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində bir sıra tədbir, rəsm sərgisi və beynəlxalq səviyyəli elmi konfranshəyata keçirəcək. Bununla əlaqədar, Türk Dünyasının dahi şairi Nizami Gəncəviyə həsr olunmuş "Nizaminin türkçülüyü və türkçülüyə yanaşması Azərbaycan Muzeyşünaslığında" adlı kitabın M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdimatı nəzərdə tutulur. Eyni zamanda, İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş beynəlxalq konfrans, eləcə də türkdilli xalqların ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının kollokviumunun 30 illiyi və eposun yeni tapılan 13-cü boyunun müzakirəsinə həsr olunmuş beynəlxalq elmi yığıncaq Azərbaycan Dillər Universiteti ilə birgə keçiriləcək. Türk Dünyasında qadınların tarixdəki rolu, ictimai həyatda iştirakı və mədəni irsə təsirindən bəhs edən “Türk Dünyasının Qadını: keçmişdən bugünə” beynəlxalq konfrans və qadınların əl işlərindən ibarət sərginin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilməsi nəzərdə tutulub. "Saplar arasında harmoniya" - Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyi ilə birgə qoblen sənət nümunələri, "Türk Dünyasının Cənnət Bağları" adlı tanınmış rəssam Cəmilə Haşımovanın əsərlərinin nümayiş etdiriləcəyi sərgilər `Türk Dünyası Həftəsi` ərzində gerçəkləşəcək. Qeyd edilməlidir ki, həyata keciriləcək tədbirlərin başlıca məqsədi Fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış Türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir



Ceyhun Bayramov Günay Əfəndiyeva ilə görüşdü
Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
Astanada III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilib
Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başladı
Türk ölkələri ORTAQ TELEVİZİYA yaradır
“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda konfrans işə başlayıb
Qazaxıstanda «TÜRKİSTAN MEDİA» Beynəlxalq mərkəzi açılıb
Ölkəmizdə çap olunan “Türk dünyası” kitabında Beynəlxalq Türk Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib
"Bu hadisə göstərdi ki, biz birlikdə daha güclüyük"- Darxan Kıdırəli
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 