ONN media xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türk Akademiyasının Prezidenti Darhan Qydyráli Azərbaycanda görüşlərini davam etdirir. Dünən Akademiyanın prezidenti rəsmi açılışı olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonağı qarşılayrakən “Siz öz evinizə gəlmisiniz”- deyə xitab edib. Bundan sonra Günya xanım Əfəndiyeva Fondun yeni binası ilə Darhan Kıdıralını tanış edib. Fondda saxlanan kitablar, musiqi alətləri, mədəni və milli irsimizə aid olan eksponatlar barədə məlumat verib. Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanılmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında Fond tərəfindən həyata keçirilən tədqiqat işlərindən bəhs edib. TWESCO-nun prezidenti Darxan Kıdıralı ağ çadıra bənzəyən binanın çox böyük zövqlə tikildiyini, türk dünyasının mədəni və milli xüsusiyyətlərini özündə əks etdirdiyini gözəl bir nümunə saydığını deyib. O eyni zamanda rəhbərlik etdiyi Akadamiya tərəfindən hər zamankı kimi əməkdaşlığdan məmnun olduğunu söyləyib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Şurasının VII Sammiti çərçivəsində öz qapılarınnı türk xalqlarının üzünə açmasını tarixi hadisə adlandırıb. Daha sonra hər iki fondun rəhbəri ikitərəfli görüş keçirərək, gələcək planlarını müzakirə ediblər.
Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub



Ceyhun Bayramov Günay Əfəndiyeva ilə görüşdü
Türk Şurasının nümayəndə heyəti Ağdamda
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
Günay Əfəndiyeva: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi hər birimizdə qürur hissi doğurur
“Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi–praktiki konfrans keçirilib
“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda konfrans işə başlayıb
Özbəkistan prezidenti Bakıya gəlir
Türk Şurasının adı dəyişdirildi - Bundan sonra belə adlanacaq
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Türk dövlətlərinin xarici işlər nazirləri Bakıda toplandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 