Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
BDU-dan bildirilib ki, cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib.
Komissiya öz qərarında bildirib ki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etmişdir. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunmuşdur.
Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş etmişdir. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bilirmişdir. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş etmişdir.
Komissiya məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıb. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.
Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.



Bayrağımızı təhqir edən tələbə universitetdən QOVULDU
BDU-da imtahan sessiyası başlayır
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Bu xəstəxanaya yeni baş həkim təyin edildi
Bakıda bu məktəblər 6 günlük qrafikə keçdi
Daha bir tələbə həyatını itirdi
Nazir qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verdi
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- Dosye
Bu universitetdə dərslər davam etdiriləcək - Rektor AÇIQLADI
Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 