İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
AMEA -dan ONN media -ya verilən məlumata görə, tədbirdə Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı Tədbirlər planı müzakirəyə çıxarılıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, gələn il Azərbaycan xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual inkişafında müstəsna rola malik, şərəfli inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 100 yaşı tamam olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu təhsil müəssisəsinin yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladan akademik vurğulayıb ki, Rəyasət Heyəti bu sənədə uyğun olaraq, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edib. Müzakirədən sonra Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib, Akademiyanın elmi bölmə və müəssisələrinə müvafiq tapşırıqlar verib.
Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.
İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.
Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.



AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
SON DƏQİQƏ: AMEA-da təcili iclas keçirildi
AMEA prezidenti istefa verdi
AMEA-da iki akademik üzvlükdən kənarlaşdırıldı
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 