Azərbaycan bayrağını təhqir edən Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Pərviz Məhəmmədov ali təhsil ocağından xaric edilib. ONN media xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir: Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub. Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən universitet tələbələri sırasından xaric edilib. Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi bu hərəkətlər haqqında məlumat verilib. Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə birinci, nə də ki İkinci Qarabağ savaşında iştirak edib.
Bayrağımızı təhqir edən tələbə universitetdən QOVULDU



BDU-dan qovulan tələbə bərpa edildi - RƏSMİ
Azərbaycanda tələbə vəfat etdi
İlham Əliyev BDU-nun 100 illik yubileyində - Foto
Daha bir azərbaycanlı tələbə vəfat etdi
Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
ATU-da zorakılıq edən tələbələrlə bağlı qərar
Bu universitetin dosenti vəfat etdi
Bu universitetin professoru öldü
Zəhərlənən tələbələrlə bağlı YENİ XƏBƏR
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- Dosye
ADU-nun tələbəsi qəfil öldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 