Təəssüf ki, son vaxtlar virusla mübarizəyə diqqəti azaltdıq. İnsanların vətənpərvərliyi, müharibə şəraiti, stress və həyəcan keçirməsi immunitet sisteminin aşağı düşməsinə səbəb oldu. ONN media xəbər verir ki, bunu Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, belə hallarda baş verən hadisələr COVID-19-u unutdurdu və xəstəliyə yoluxanların sayı 4 mini keçdi: "Əgər əvvəl gündəlik 2 ölüm halı baş verirdisə, bu gün say artdığı üçün ölüm halları da artıb. 20 yaşına qədər olan şəxslər xəstəliyin daşıyıcısı hesab olunur. 20 yaşdan aşağı olanlar ölüm daşıyıcıları hesab olunur. Onlar ətrafa ölüm saçırlar. Hər kəsin ətrafında xəstələr var. 20 yaşa qədər olan şəxslərə müraciət edirəm, əgər ailənizdəkilərin yoluxmasını istəmirsinizsə, qaydalara riayət edin. Bu virus çox qəliz virusdur. Məlumatlar olsa da, yetərli qədər deyil. Yanınızda kimsə siqaret çəkirsə, siz ondan uzaqlaşsanız da qoxunu hiss edirsiniz. Siqaret tüstüsü ilə belə virus molekulları yayılır. Taksiyə daxil olar-olmaz pəncərəni açın, havalandırın. 50 yaşdan yuxarı şəxslər birbaşa təhlükəlidir. 4 faiz insanlarda genetik olaraq immunitet sistemi çalışmır və onlar xəstəlikdən asılı olmayaraq ölümlə nəticələnə bilər. Əmələ gələn antitellər virusların yaşamasına şərait yaradır". Adil Allahverdiyev qeyd edib ki, vaksin məsələsi gündəmdədir: "Amma vaksinə ümid etmək olmaz. Bu gün sosial məsafə, kütləviliyi azaltmaq vacib məqamdır. Virus kütləviliyi sevir. Ona görə də mütləq tədbirlər görülməlidir. Bunlar son dövrdə tətbiq olunan qaydalardır. Nə qədər sərt tədbirlər görülmüş olarsa, o qədər doğrudur. Sərt tədbirlərə mütləq əl atılmalıdır. Artıq xəstələri yerləşdirməyə yer qalmır. Həkimlər də əldən düşür. Sərt tədbirlər olmadığı halda virusun qarşısını almaq mümkün olmayacaq. Dünyanın bütün ölkələrində bu tədbirlər görülür. İnanıram ki, insanlarımız Vətən müharibəsindən sonra həqiqətən ölkəsinə hər formada dəstək göstərəcək. Biz bununla əsgərlərimizə dəstək vermiş oluruq".
Bu şəxslər ölüm daşıyıcıları hesab olunur - DİQQƏT



Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...
Maskadan nə vaxtadək istifadə etməliyik? - AÇIQLANDI
Gənclər arasında koronaya yoluxma niyə artır?
Bakıda xəstəxanada nə baş verir?- 4 ayda...
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
Türkiyədə rekord sayda ölüm qeydə alındı
Koronavirusdan ölüm halları artdı
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
ÜST: pandemiya dövründə qlobal hədsiz ölüm hallarının sayı 15 milyon olub
Bu gün virusa yoluxanların sayı açıqlandı
Bu şəxslər koronavirusu çox zəif keçirə bilərlər - Professor AÇIQLADI
İranda vəziyyət yaxşılaşır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 