Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son qiymətləndirmələrinə əsasən, 2020-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-nə qədər olan dövr ərzində qlobal hədsız ölüm hallarının sayı 14,9 milyon təşkil edib.
ÜST-nin qeyd etdiyinə görə, bu məlumatlar COVID-19 pandemiyasının real nəticələrindən, eləcə də səhiyyə sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğundan xəbər verir.
Hədsiz ölüm hallarının sayı konkret yerdə və hazırkı dövr ərzində müşahidə olunan və ya hesablanan ölüm hallarının ümumi sayı və pandemiya olmadığı təqdirdə gözlənilə bilən ölüm hallarının sayı arasında fərq kimi müəyyən edilir. Ehtimal olunur ki, bu fərq COVID-19 ilə birbaşa bağlı olan ölüm hallarını, eləcə də koronavirusla dolayısı şəkildə əlaqəli olan ölüm hallarını və səhiyyə sistemləri və cəmiyyətə təsirin səbəb olduğu ölüm hallarını ehtiva edir.
Bu göstəricilər real vəziyyəti əks etdirir, çünki bir çox ölüm halları rəsmi statistikaya daxil deyil, misal üçün insana COVID-19 diaqnozu qoyulmadığı, lakin onun bu infeksiyadan həyatını itirdiyi təqdirdə.
Yeni məlumatlar insanların böhranlar dövründə zəruri tibbi xidmətləri ala bilməsi üçün bütün ölkələrin səhiyyəyə daha çox sərmayə qoymalı və məlumat toplama və emalı sistemlərini gücləndirməli olduğundan xəbər verir", - deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus, hesabatı təqdim edərək bildirib. O vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı bu səyləri dəstəkləməyə hazırdır.
Hədsiz ölüm halları göstəricilərinə əsasən, Cənub-Şərqi Asiya, Avropa, eləcə də Cənubi və Şimali Amerika ölkələri öndədir. Əsas zərbə orta gəlirli dövlətlərin payına düşdü. Həmçinin məlumdur ki, 14,9 milyon ümumi göstəricinin 57 faizini kişilər, 43 faizini isə qadınlar təşkil edir.
Qiymətləndirmə hesabatı üzərində ÜST və BMT-nin İqtisadi və sosial məsələlər Departamenti tərəfindən yaradılmış beynəlxalq mütəxəssislər qrupu təşkilata üzv ölkələrlə əməkdaşlıq çərçivəsində işləyib. Bu prosesin iştirakçıları hətta təfərrüatlı statistikanın olmadığı təqdirdə də vəziyyəti qiymətləndirmək imkanı yaradan innovativ texnologiyalardan istifadə ediblər. ÜST ölkələrə gələcək işlərində bu üsullardan istifadə etməyi təklif edir.



Koronavirusdan ölüm halları artdı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
Moskvada rekord sayda ölüm qeydə alındı
Türkiyədə rekord sayda ölüm qeydə alındı
ÜST-dən Hindistandakı yeni mutasiya ilə bağlı çağırış
Koronavirusdan ölüm sayı REKORD HƏDDƏ
Rusiyada ölüm sayı rekord həddə çatdı
SON DƏQİQƏ: Koronavirusun yeni dalğası başladı - ÜST RƏSMƏN ELAN ETDİ
Koronavirusla bağlı ŞAD XƏBƏR
Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL
Ermənistanda ən yüksək ölüm rəqəmləri qeydə alındı - RƏSMİ
Rusiyada pandemiya fəlakəti - REKORD YOLUXMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 