“Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş əraziləri qazlaşdırmağa başlayır. Bu barədə ONN media -ya “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər. Qeyd olunub ki, Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb: "Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin qazlaşdırılmasının başlanılması gününü “Azəriqaz” İstehsalat Birliyinin kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır".
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlandı - RƏSMİ



İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
Teleradio yayımının bərpası üçün Hadrut və Şuşada iş aparılır
İlham Əliyev 2 sərəncam imzaladı
Laçın su ilə təmin edildi
Şükürbəyli-Cəbrayıl-Hadrut yolu asfaltlanır
Kəlbəcərdə radio və televiziyaların yayımı bərpa edildi
Kəlbəcərə su verildi
İlham Əliyev bu kəndlərlə bağlı sərəncam imzaladı
Qarabağın su problemi yaxşılaşdırılacaq
Laçında 150 ev təbii qazla təmin olundu
Ağoğlanda agentlik fəaliyyətə başladı
Qubadlıda televiziya və radio yayımı təmin olunub
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 