Ermənistanın paytaxtı İrəvanda daha bir etiraz aksiyası baş tutub. ONN media xəbər verir ki, baş prokurorluğun inzibati binasının qarşısında Milli Gündəm partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana qarşı xəyanət ittihamı ilə cinayət işi başlanmasını tələb edən etiraz aksiyası keçirib. Etirazçılar baş nazirin təslim bəyanatını imzalayaraq dövlətə xəyanət etdiyinə görə məsuliyyətə cəlb edilməli olduğuna inanırlar. Milli Gündəm partiyasının lideri Ara Akopyan dövlətçiliyin və ölkənin ciddi təhlükə ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar Azərbaycan da daxil olmaqla, digər ölkələr tərəfindən verilir. Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda, başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır. “O, biabırçı təslim sənədini imzalayan və xalqı, ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir”, - o deyib. 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.
Ermənistan YENƏ QARIŞDI: Paşinyana cinayət işi açılsın



İrəvanda Paşinyana qarşı növbəti etiraz aksiyası başladı
Paşinyan onu HƏBS ETDİRDİ
Ermənistanda ümummilli tətil elan edildi, minlərlə insan...
Paşinyan həbs edilir? - Kifayət qədər dəlil var
İrəvanda Nikol Paşinyana qarşı aksiyalar başladı
Erməni hərbçilərin qohumları etiraz aksiyası keçirir
Paşinyana qarşı daha bir aksiya keçirildi
Ermənilər növbəti dəfə AYAĞA QALXIR
Ermənilər Moskvada AYAĞA QALXDI
Ermənistanda daha bir etiraz aksiyası keçirilib
Parlament qarşısında ETİRAZ AKSİYASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 