Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər. Bu çərçivədə Xankəndi şəhərinin ətraf əraziləri minalardan təmizlənməyə başlanıb. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rus sülhməramlıları Qarabağdakı sosial obyektlərin minalardan təmizlənməsinə davam edir. Gün ərzində rus sülhməramlılarının partlayıcı maddələri çıxarmaq üçün Xankəndinin cənubundakı ərazinin böyük bir hissəsində axtarış aparıb. Ərazidə aparılan mühəndis tədqiqatı zamanı 10 kütləvi sursat aşkar edilib. Aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz bir şəkildə təxliyə edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri yerindəcə məhv edilir. Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri 45 hektardan çox ərazini, 14 kilometrdən çox yolu təmizləyib və 1120-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirib.
Rusiyadan Xankəndi ilə bağlı SON AÇIQLAMA



Qarabağda SON DURUM
Qarabağda 20 mindən çox sursat tapıldı
Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
SON DƏQİQƏ: Xankəndi ilə bağlı YENİ XƏBƏR
Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı
Rusiyadan Qarabağla bağlı SON XƏBƏR
Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Qarabağda NƏ BAŞ VERİR? - SON AÇIQLAMA
Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMA
Rus istehkamçıları Xankəndidə - VİDEO
Sülhməramlılarla bağlı ƏN SON MƏLUMAT: 23 noyabrdan bəri...
Xankəndinin şimal ətrafı minalardan təmizləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 