Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Müdafiə Nazirliyindən ONN media -ya verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.
Naxçıvan şəhidlərimizi qarşıladı - MN



Naxçıvan şəhidlərimizi qarşıladı
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
İlham Əliyev hərbi aerodromun açılışında
Naxçıvana yeni baş nazir təyin olundu
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Vasif Talıbov Zakari Qrosla görüşdü
İlham Əliyev Naxçıvana getdi
Azərbaycan və Türkiyə qırıcıları Naxçıvan səmasında
Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Talıbovdan daha bir TƏYİNAT
Vasif Talıbov onları təltif etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 