Ermənistanın mülki infrastrukturu hədəf alan 27 sentyabr hücumları səbrləri daşıran son damla oldu. Azərbaycan Ermənistan tərəfindən gerçəkləşdirilən hücumları dayandırmaq və torpaqlarını işğaldan azad etmək üçün “artıq yetər” deyərək hərəkətə keçdi. “Vahid Vətən Hərəkatı Planı”nı tətbiq etməyə başladı. ONN media xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, 44 gün davam edən döyüşlər, ehtimal ki, 44 il və ondan sonra da danışılacaq zəfərlə başa çatıb: “Bu hərəkatla Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və 10 noyabrda atəşkəs razılaşması qüvvəyə mindi. Cənab prezidentimiz də cənab Putinlə atəşkəsin şərtləri və daimiliyi mövzusunda görüşlər keçirərək razılaşmaya lazımi töhfəni verib”. H.Akar bölgədəki atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Türk-Rus Birgə Mərkəzi ilə bağlı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə birgə 11 noyabrda razılaşma imzaladıqlarını xatırladıb: “Birgə Mərkəzin bina inşası və fəaliyyətlərinin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında işlər davam edir”. Nazir Azərbaycanın Zəfər Bayramının Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşməsindən dolayı tarixini dəyişdirərək 10 noyabrdan 8 noyabra təyin etməsinə diqqət çəkib: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkürlərimizi çatdırırıq. Beləliklə, Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə sevincdə və kədərdə bərabər olduğumuzu bir daha göstərib. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”.
Akar Azərbaycana təşəkkür etdi



Qardaşlarımızın yanında olmağa davam edəcəyik - AKAR
Akar: "Bütün dünya müzakirə edir və diqqətlə izləyir"
Akardan Qarabağ AÇIQLAMASI: Generallarımız hazırdır
Nazir Monitorinq Mərkəzindən DANIŞDI: Tezliklə...
Müdafiə nazirindən İdlib açıqlaması: Ordumuzun hərəkətə keçməsi üçün...
Akardan SON DƏQİQƏ Qarabağ açıqlaması
Hulusi Akar Reznikovla Mariupoldan təxliyə məsələsini müzakirə etdi
Hulusi Akar Zakir Həsənova zəng etdi
Konkret addımlar gözləyirik- Akar
Hülusi Akar Azərbaycana GƏLDİ
Akar atəşkəsi pozan ermənilərin qarşısında TƏLƏB QOYDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 