Azərbaycanın müzəffər ordusunun 44 günlük savaşından sonra işğalçı Ermənistan hərtərəfli iflas durumuna düşməkdədir. On illərlə torpaqlarımızda qanunsuz məskunlaşmış “qaçqın” adlandırılan ermənilərdən əlavə, qəsbkar ölkənin öz ərazisində yaşayan ermənilər də gündən-günə daha da ağırlaşan həyat şəraitindən şikayətlənirlər. ONN media xəbər verir ki, Laçın və Qubadlı rayonlarıyla sərhəddə yerləşən Sünik mərzinin Xınzirək, Tex, Gorunzur və s. kəndlərinin sakinləri artıq çox sayda mal-qara saxlamaq imkanından məhrum olduqlarını bildirirlər. Buna səbəb kimi, 1990-cı illərdən bəri işğal altında saxladıqları Qubadlı, Cəbrayıl, Füzulinin boş, münbit və rahat otlaqlarının əllərindən çıxması göstərilir. Bu haqda erməni müxbirə danışan Xınzirək kəndinin meri Ervand Malunts həyasızcasına adı çəkilən Azərbaycan ərazilərini “tarixi erməni torpaqları” adlandıraraq onların əldən çıxmasına təəssüflənir. O, bildirir ki, indiyədək buradakı erməni kəndlilərin hər biri yüzlərlə iri və xırda buynuzlu heyvan saxlayaraq onları kənddən 15, 20, hətta 50 km uzaqlıqda Qubadlının, Cəbrayılın boş otlaqlarında yemləyirdilər. Azərbaycan ordusu sərhədləri bağladıqdan sonra isə onlar bundan məhrium olurlar. Ona görə də hazırda heyvanları dəyər-dəyməzinə, 5-6 dəfə ucuz qiymətə satmağa məcbur olurlar. Çoxları işsizlik, dolanışıq ucbatından kənddən köçəməyə başlayıb. Qonşu Tex(Dığ) kəndində də oxşar durumdur. Kəndin sakinlərindən biri bildirib ki, indiyədək 50-60 min mal-qaranın saxlanıldığı kənddə hazırda yalnız 5-10 min heyvan qalıb. /Moderator.az/
Qarabağda iflas olmuş ermənilər bu kəndləri də boşaldırlar – SON DƏQİQƏ



Ermənilər bu kəndləri tərk edir
Ermənilər hələ də meyit yığır - ŞOK RƏQƏM
Erməni həyasızlığı bitmir: Rus sərhədçiləri çağırdılar
Erməni zabit: Azərbaycan əsgərindən icazə alırıq
Qarabağda 1711 erməni meyiti tapıldı
Qarabağda 1709 erməni meyiti tapıldı
Ermənilərin hiyləgər planı baş tutmadı: Qubadlı istiqamətində...
Azərbaycan maşınları Laçın yolunda- Ermənilər ŞOKDA
Başınıza dəysin bu qətnamələr - Prezidentdən SƏRT ÇIXIŞ
Erməni futbolçu Qarabağda MƏHV EDİLDİ
Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 