Nazirlər Kabineti “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq edilib. Eyni zamanda, yeni redaksiyada təsdiq edilmiş Qaydaların tətbiqi zamanı tələb olunan məlumatların ilkin mənbədən əldə edilməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə sorğularının cavablandırılması qaydasında inteqrasiya ediləcək: Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət İmtahan Mərkəzi. Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə qeyd olunan dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir. Həmçinin Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarlarını təsdiq etməlidir.
Baş nazirdən təhsillə bağlı VACİB QƏRAR



Baş Nazir bu tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə - QƏRAR VERDİ
Tələbələrə ŞAD XƏBƏR - Prezident fərman imzaladı
Sosial yardım almaq istəyənlərin nəzərinə
Baş nazirdən ali təhsil müəssisələri barədə MÜHÜM QƏRAR
Baş nazirdən YENİ QƏRAR
Əli Əsədovdan yeni QƏRAR: Bu qurumlar...
Əli Əsədov qərar imzaladı
Baş nazirdən bu müqavilələrlə bağlı QƏRAR
İlham Əliyev FƏRMAN İMZALADI
Aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi qaydası dəyişdi
Prezident fərman imzaladı
Baş nazir təhsillə bağlı qərarda dəyişiklik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 