Nazirlər Kabineti "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"nı təsdiqləyib. ONN media xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara əsasən, reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Vahid informasiya ehtiyatı olan reyestrin istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təmin ediləcək. Qərarda qeyd olunub ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən ƏƏSMN-ə təqdim olunacaq. Həmçinin ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən, Silahlı Qüvvələrdə xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən və ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında müşayiət məktubu ilə Nazirliyə təqdim olunacaq.
Baş nazirdən YENİ QƏRAR



Əli Əsədovdan məşğulluqla bağlı YENİ QƏRAR
Baş nazirdən təhsillə bağlı VACİB QƏRAR
Evlərin sənədləşməsi ilə bağlı YENİLİK
Ölkə başçısından vacib FƏRMAN
Baş nazir bu şəxslərlə bağlı qərar imzaladı
Sosial yardım almaq istəyənlərin nəzərinə
"Asan xidmət"ə yeni SƏLAHİYYƏT verildi
Prezident fərman imzaladı
“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM
Əli Əsədov qərar imzaladı
Müharibə veteranlarının reyestri bu formada aparılacaq
Müharibə əlilləri ilə bağlı vacib qərar
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 