“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, bu proses ilk dəfə “Asan İmza” sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri və “ASAN xidmət” mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür. Belə ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər. İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda, sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə linkdən tanış ola bilərsiniz: //www.taxes.gov.az/az/page/asan-imza#yeni Bununla yanaşı, bir müddət əvvəl “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı ”na əlavə və dəyişikliklər edilib, o cümlədən, mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK



“Asan İmza” ilə bağlı yeni elektron xidmət istifadəyə verildi
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
Yeni nəsil “Asan İmza” kabineti istifadəyə verildi
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
ASAN İmza sahiblərinə XƏBƏRDARLIQ
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
Dövlət Vergi Xidmətindən vətəndaşlara müraciət
Bu xidmət ödənişsiz olacaq
Bu müraciətlərə ASAN Xidmət baxacaq
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
Sabah ASAN Xidmətdə iş olacaq?
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza nəvaxt aktivləşəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 