Növbəti ilin ilk günündən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.
ONNmedia xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergi ödəyicilərinə müraciətində bildirilir. Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilib.
“Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları” Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilir.
Məlumatda bildirilib ki, elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və yaxud lazımi proqramlardan istifadə edilməklə oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.
Sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır. Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi qədər maliyyə sanksiyası tətbiq edilir.
Nazirlikdən bildirilib ki, sahibkarlar fəaliyyətləri ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaları üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.



YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək
Azərbaycanda bu xidmətlər QADAĞAN EDİLDİ
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
Baş nazir Əli Əsədov qərar imzaladı
Malların əldə olunması və təqdim edilməsi zamanı sənədləşmə- MÜSAHİBƏ
Şəffaflığın ən asan yolu - elektron qaimə-faktura...
Vergilər Nazirliyi sahibkarları məlumatlandırır
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK
Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək
Nazirlik bu şəxslərə ayın sonuna qədər vaxt verdi
“Asan İmza” ilə bağlı yeni elektron xidmət istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 