"Avropa Birliyinin belə riyakar və qərəzli qərarı qəbuledilməzdir”. Bunu ONN media -ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Avropa Parlamentinin Azərbaycanın erməni irsini dağıtması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirərəkən deyib. Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycan hökumətinin Dağlıq Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnamə qəbul edib: "Avropa Parlamenti gözüqapalı siyasət yürüdür. Bu qətnaməni qəbul etmədən öncə Avropa Parlamentində təmsil olunanlar öncə bir bölgəyə səfər etməliydi. Ermənilərin viran qoyduğu Azərbaycan torpaqlarını gözləri ilə görməliydi. Avropa Parlamentinə olan etimadı belə qərəzli və riyakar qərarlarla sarsıtmamalı idilər. Qətnamə birmənalı olaraq, Azərbaycan hökümətinin Qafqaz albanlarına xas olduğunu iddia edilən kilsələrdən erməni yazılarını silmək planlarını elan etməsindən sonra qəbul edilib. Nə olmalıydı? Alban kilsəsinə Azərbaycan erməni kilsəsimi deməliydi? Bu necə bir təfəkkürdür? Ermənistan özləri üçün yeni və şanlı tarix yazmaq üçün başqa mədəniyyətlərə aid tarixi irsi mənimsəməkdə maraqlıdır. Avropa Parlamentinin bunda nə marağı var? Avropa Parlamenti nəyə xidmət edir? Avropa Parlamentinin bu addımı birmənalı olaraq tarixi saxtalaşdıran Ermənistana dəstək kimi dəyərləndirilməlidir və rəsmi Bakı bu qərara rəsmi şəkildə etiraz etməlidir. Qətnamədə UNESCO-nun Dağlıq Qarabağa girişinə icazəsi verilməsi xahiş olunur və UNESCO-nun qiymətləndirmə missiyası gəlmədən öncə ermənilərin irsi obyektlərinə toxunulmasının qarşısını almağa çağırış yer alır. Maraqlıdır, UNESCO nə zaman Azərbaycana gəlmək istədiyini bildirib, Azərbaycan izin verməyib? UNESCO Azərbaycana gəlib, dağıdılmış abidələri görmədiyi halda belə qərəzli bir qərar necə qəbul olunur? Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra bu çağırışın anlamı nədir? Ermənistanın 30 ildir Azərbaycan torpaqlarında viran Azərbaycanın nəinki mədəni və tarixi irsini viran qoyub, həm də etnik təmizləmə aparmağını görməzdən gələn Avropa Parlamenti, Alban dini məbədlərinin üzərindəki "uydurma yazıların” çıxarılması üçün Azərbaycan hökümətinin "ekspert” işçi qrupu yaradılmasını əsas gətirərək, qətnamə qəbul etməsi absurddur. Bu qətnamə Avropa Parlamentinin Azərbaycana ikili standartlardan yanaşmasının baris nümunəsidir və Azərbaycana qarşı növbəti "kor siyasət”ə xidmət edən qərəzli qərardan başqa bir şey deyil”. Səidə NUR
Əsli Kazımova: “Avropa Parlamenti gözüqapalı siyasət yürüdür…”



Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab
AP-dən Bakıya qarşı növbəti qərəz - XİN
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN
Avropa Parlamenti yeni prezidentini seçdi - FOTO
Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib
Avropa seçkisi tarixində bir ilk
Azərbaycanla bağlı bu qətnamə qərəzlidir - Bayramov
Müdaxilə cəhdi qəbuledilməzdir- XİN-dən SƏRT CAVAB
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Tereza Meyin bu təklifi rədd edildi
Peter Mixalko Azərbaycan XİN-ə çağırılıb, nota təqdim edilib
Bakı və İrəvan bunu öhdəliyinə götürməlidir - AP
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 