Dekabrın 19-da Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Biləsuvar rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla Daxili İşlər Nazirliyinin "102" xidmətinə daxil olan müraciət əsasında Biləsuvar RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb, xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Goranboyda sürücü ilə yol polisləri arasında İNSİDENT
Polisə xəsarət yetirən qadınla bağlı cinayət işi başlandı
“BMW X5”dən düşüb yol polisini DÖYDÜ
Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirdi - RƏSMİ
Göyçay sakini polisin qulağını kəsdi
Füzulidə polis və hərbi qulluqçu avtomobillə VURULDU
Azərbaycanda ata qızını evə zəncirlədi - 2 aydan çox müddətdə...
Özünü və körpəsini su kanalına atan qadın həbs edildi
Polis əməliyyat keçirdi: tutulanlar var
Azərbaycanda oğul atasını öldürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 