Xəbər verildiyi kimi, Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Biləsuvar rayon Prokurorluğundan ONN media -ya verilən məlumata görə, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
Azərbaycanda ata qızını evə zəncirlədi - 2 aydan çox müddətdə...



Bərdədə 18 yaşlı qızı zəncirləyən şəxs saxlanıldı
Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlandı - RƏSMİ
Azərbaycanda 18 yaşlı qızın tualetə zəncirlənməsinə görə cinayət işi açıldı
Azərbaycanda oğul atasını öldürdü
Biləsuvarda insident: Polisə xəsarət yetirdi, həbs edildi
Abşeronda dəhşətli qətl: Ata oğlunu öldürdü
Qusarda ər və arvadın ölümü ilə bağlı cinayət işi açıldı
Bakıda zəncirlənən uşaqdan XƏBƏR VAR
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Bu şəxslər barəsində cinayət işi açıldı
Azərbaycanda evə basqın edən quldur qadını öldürdü
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 