ONN İnformasiya Agentliyi

Heyva mürəbbəsi resepti

Heyva mürəbbəsi resepti
27-12-2020, 21:29

Tərkibi: 1 litrlik banka üçün 1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) 1 stəkan su Bir çimdik limon duzu Hazırlanması: 1. Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın – təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan ya da adi bıçaqdan istifadə edə bilərsiniz. 2. İndi isə heyvanı çəkin – hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün. 3. Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. 4. Mürəbbə təxminən 50 dəqiqə – 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. 5. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin. 6. Mürəbbə soyuduqdan sonra onu bankaya yığın. Nuş olsun!

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png