ONN media kələm dolmasının hazırlanma qaydasını təqdim edir. Tərkibi: yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın) 1 ədəd orta baş soğan — xırda-xırda doğrayın (2 stəkan alınacaq) 2 xörək qaşığı pomidor məti (tomat) yarım stəkan yumru düyü — yaxşıca yuyub suyunu süzün yarım stəkan xırda doğranmış keşniş yarım stəkan xırda doğranmış şüyüd 2-3 qaşıq kərə yağı 1 çay qaşığı duz ¼ çay qaşığı istiot 1 baş kələm (təxminən bir kilo yarımlıq) 2 xörək qaşığı pomidor məti (tomat) 1 stəkan yarım qaynar su 2 xörək qaşığı kərə yağı Hazırlanması: Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun. Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin). Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın. Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün. Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin. Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.
Kələm dolmasının hazırlanma qaydası - Milli mətbəx



Lahmacun RESEPTİ
Kartof dolması hazırlanması
Çox dadlı kələm şorbası
Arpalı əriştə şorbasının HAZIRLANMASI
Arpalı əriştə şorbası resepti
Evdə acılı əzmə necə hazırlamaq olar?
Balıq şorbası resepti
Ağ kələm salatı resepti
Bədəni zərərli toksinlərdən təmizləyən detoks - RESEPT
Mahluta şorbasının hazırlanması
Sadə pizzanın hazırlanma QAYDASI
Yağlı yemək sevməyənlər üçün soba peraşkisi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 