Dekabrın 29-da saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Daxili İşlər Nazirlyindən ONN media -ya verilən məlumata görə, araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb. Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb. Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib. Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib. Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.
Postları gizli şəkildə keçmək istəyən sürücülər həbs edildi



Komendant postunda saxlanılan iki avtomobildə odlu silah aşkarlandı
Karantin keçid postlarından 750 avtomobil geri qaytarıldı
İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarıldı
Postlardan geri qaytarılan maşınların sayı açıqlandı
175 avtomobil postlardan geri qaytarıldı
Daha 595 maşın postdan qaytarıldı
542 avtomobil postlardan geri qaytarıldı - DYP
Maskaya görə 133 nəfər CƏZA ALDI
Qardaşının sənədi ilə postu keçmək istədi - ƏLƏ KEÇDİ
Karantini pozan 1 674 nəfər cərimələndi
20 il həbs yatmış şəxs yenidən cinayət törətdi — SƏRHƏDDƏ TUTULDU
DYP cərimələnən hərəkət iştirakçılarının sayını açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 