Quba rayonunda avtomobil qaçıran keçmiş məhkum sərhəddə saxlanılıb.
ONN media xəbər verir ki, oktyabrın 16-da Quba rayonu, Püstəqasım kənd sakini Niyazi Abdullayev Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-yə gətirilib.
Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.(ölkə.az)
20 il həbs yatmış şəxs yenidən cinayət törətdi — SƏRHƏDDƏ TUTULDU



Azərbaycanda ŞOK OLAY: Həbsxanadan çıxandan 15 dəqiqə sonra...
Qusarda mənzil oğrusu saxlanılıb
Taxsi sürücüsündən CİNAYƏT
Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs tutuldu
Maşınlardan oğurluq edən şəxs tutuldu
Həbsdən çıxandan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı QƏRAR VERİLDİ
İmişlidə 162 min manatlıq dələduzluq edən şəxs tutulub
Postları gizli şəkildə keçmək istəyən sürücülər həbs edildi
Bakıdan avtomobil qaçıran qardaşlar yolda tutuldu
Narkotik qəbul edib tanışını öldürmək istədi
Qardaşının sənədi ilə postu keçmək istədi - ƏLƏ KEÇDİ
Qəbələdə 10 min siqaret oğurlayan şəxs tutuldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 