Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub. ONN media DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib. Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib.
Azərbaycan və Ermənistanın DTX rəhbərləri arasında KRİTİK GÖRÜŞ



Azərbaycan və Ermənistanın DTX və DSX rəhbərlərinin görüşü keçirildi
Aleksandr Bortnikov Ermənistana səfər etdi
İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul etdi
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Ərazidən 314 Azərbaycan, 775 erməni əsgərin meyiti çıxarıldı - AÇIQLAMA
General Əfqan Nağıyev də ordenlə TƏLTİF EDİLDİ
9 general vəzifəsindən AZAD EDİLDİ
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Dilqəm və Şahbaz Bakıda
Prezident Şahin Mustafayevə YENİ VƏZİFƏ verdi
MN-dən Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçu ilə bağlı AÇIQLAMA
Abazyan Moskvaya getmədi - Ermənistanda ÇAXNAŞMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 