1 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb.
ONN media xəbər verir ki, nəticədə ağır dərəcəli bədən xəsarəti alan şəxsin hər iki ayağı travmatik amputasiya olunub.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib. Digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir.
Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.



ANAMA-nın əməkdaşı minaya düşdü
Cəbrayılda mülki şəxs minaya düşdü - SON DƏQİQƏ
Füzulidə 3 nəfər minaya düşdü
ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNDİ
ANAMA-nın daha bir əməkdaşı minaya düşdü
SON DƏQİQƏ: Polis əməkdaşı Füzulidə minaya düşdü
Füzulidə 2 qardaş erməni minasına düşdü - Biri öldü, digəri isə...
Prokurorluq Qazaxdakı hadisə ilə bağlı məlumat yaydı
SON DƏQİQƏ: DSX-nin giziri Zəngilanda minaya düşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 