Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşü baş tutub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ONN media -ya verilən məlumata görə, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib. Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırdı. O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə etdi. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi. Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğuladı. Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verdi. Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
Ceyhun Bayramov İmran Xanla görüşdü



Bayramov Pakistanın Prezidenti ilə görüşdü
Ceyhun Bayramov Pakistana yola düşdü
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşdü
Bayramov Çavuşoğlu ilə DANIŞDI
Bayramov Moskvaya yola düşür
İlham Əliyev Pakistanın baş naziri ilə görüşüb
Bayramov Yakub Kulhaneklə təkbətək görüşdü
Ceyhun Bayramov Qaxaria ilə görüşdü
İmran Xan İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov səfirlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 