Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib.
andemiyaya rəğmən son illərdə ikitərəfli münasibətlərin inkişafının davam etdiyini, səfərlərin həyata keçirildiyini, o cümlədən Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrinin ölkəmizə səfərini vurğulayan nazir, əməkdaşlığın genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd edib.
Səfir Kim Tong Op Azərbaycanda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində ölkələrimiz arasındakı münasibətlərin məhsuldar şəkildə inkişaf etdiyini ifadə edib və bu müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycana və bütün bölgəyə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər, bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.
Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov səfir Kim Tong Opa gələcək fəaliyyətində uğurlar arzulayıb.



Bayramov Çinin XİN rəhbəri ilə danışdı
Bayramov Qaribaşvili ilə görüşdü
İran səfiri Azərbaycanı tərk etdi
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
Bayramov Abdeluahab Osmanı qəbul etdi
Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 