İngiltərənin “Çelsi” futbol komandasının yeni baş məşqçisi açıqlanıb. ONN media London klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu posta “zadəganlar”ın sabiq futbolçusu Frenk Lempard təyin olunub. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. O, bu vəzifədə İtaliya “Yuventus”unun sükanı arxasına keçən Mauritsio Sarrini əvəzləyib. Lempard ötən yay İngiltərə Çempionşipində mübarizə aparan “Derbi”nin sükanı arxasında baş məşqçi kimi debüt edib. Onun komandası pley-offda “Aston Villa”ya uduzaraq Premyer Liqaya yüksələ bilməyib. Qeyd edək ki, karyerası ərzində İngiltərənin “Vest Hem”, “Suonsi”, “Çelsi”, “Mançester Siti” və ABŞ-ın “Nyu-York Siti” klublarında forma geyinən Lempard 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Lempard bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.
“Çelsi”nin yeni baş məşqçisi açıqlanıb



Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
"Çelsi"nin sabiq futbolçusu "Qarabağ"da
Premyer Liqanın tarixinə düşdü
"Mançester Siti" qələbə qazandı, "Çelsi" heç-heçə etdi
"Çelsi" səfərdə "Tottenhem"i məğub etdi
ÇL-də qrup mərhələsinə start verildi
"Milan" "Çelsi"-yə məğlub oldu
“Mançester Siti” rekord qırdı
Bu gün “Çelsi” klubunun satışı reallaşacaq
Kuboka “Çelsi” sahib oldu - Yenilənib
Qolovinin yeni klubunun adını açıqladı
UEFA Qurban Qurbanovu təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 