"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək". ONN media xəbər verir ki, bu fikirləri report -a açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, oyunçuların hazırlıq səviyyələrində fərqlər var: "Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır. Maksimum çalışırıq ki, bunları tezliklə aradan qaldıraq və futbolçular oyuna bacardığımız qədər hazır formada çıxsınlar". Qurbanov həmçinin transferlərlə bağlı problemlərin mövcudluğunu diqqətə çatdırıb: "Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib. Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son bir il ərzində bu, pandemiyaya görə daha da çətinləşib. Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, aınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir". Baş məşqçinin sözlərinə görə, indiyədək transferlər edə bilməmələrinin fərqli və bir çox səbəbi va: "Biz istəyirik, lakin özümüzdən asılı olmayan səbəblər var". Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasnın XIV turunda "Sabah"ın qonağı olacaq. Görüş yanvarın 21-də "Bank Respublika Arena"da keçiriləcək.
Qurban Qurbanovdan transfer açıqlaması



Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurban Qurbanovdan komanda ilə bağlı açıqlama
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurbanov "Beşiktaş"a transfer oluna bilər?
"Qarabağ" rus klubunu məğlub etdi
FIFA müqavilələr və "transfer pəncərəsi" ilə bağlı qərarını açıqladı
"Qarabağ"dan daha bir transfer xəbəri gəldi
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
Qurban Qurbanovdan sərt qərar
Qurbanov tənqidlərə belə cavab verdi
Qurban Qurbanov transfer olunacaq?
Məşhur futbolçudan uğurlu transfer
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 