Sabah yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik.
ONN media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib deyib.
Təcrübəli mütəxəssis Bakıdakı görüşdə fərqli nəticə gözlədiklərini bildirib:
“Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə doğma meydanda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Sabah yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq”.
Q.Qurbanov komandasının hazırlığına da toxunub: “Hazırlığımız pis keçmədi. Sabah lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin və buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri sabahkı matça hazırdır”.
Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb



Qurban Qurbanov: "Buna baxmayaraq oyuna hazırlaşmışıq"
Qurban Qurbanov "Nant"la oyundan danışdı
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
Samir Abasov: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik
Qurbanov tənqidlərə belə cavab verdi
Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Bu barədə ətraflı danışmağa ehtiyac yoxdur - Qurbanov
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov: Azarkeşlərimizi də başa düşürəm
Qurban Qurbanovdan ilk açıqlama gəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 