“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar: "Qəza hallarının aradan qaldırılması barədə isə Birliyin baş direktoru Ruslan Əliyevin ciddi tapşırığı var. İstənilən qəza texniki baxımdan ən azı vaxtından 3 saat əvvəl icra edilib təhvil verilməlidir".
Məlumata görə, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mart ayının 20-28 tarixlərində xidmətlərini icra edəcəklər: "Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.
Bundan başqa əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək".
Əlavə olaraq, 50 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar.
Müştəri xidmətləri yalnız martın 21-də göstərilməyəcək: "Abonentlərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat verə bilərlər.
Novruz bayramınız mübarək olsun!"



"Azəriqaz" gücləndirilmiş rejimə keçir
“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ
İmişlidə 11 min ailə qazsız qaldı - Səbəb?
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
“Azəriqaz”dan smart-kart tipli sayğaclarla bağlı YENİLİK
"Azəriqaz" qeyri-sabit hava şəraiti ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İB-də kadr dəyişikliyi oldu
Şamaxıda qazın verilişi nəvaxt bərpa olunacaq?
"Azəriqaz"dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
"Azəriqaz"ın rəhbəri vəzifəsindən azad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 