İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası dəyişir.
ONN media xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən ediləcək.
Qüvvədə olan qanuna əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi (Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri) ilə müəyyən edilir.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanunda işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyinatı ilə bağlı müddəalar da öz əksini tapıb (17.1-ci maddə). Hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.
Təklif olunan dəyişiklik sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabat məlumatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur. Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur, nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.



İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK
İsşizlər üçün MÜHÜM XƏBƏR
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı
Torpaq payına görə vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq
Bu şəxslərin maaşından pul tutulacaq
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
İşçinin məzuniyyət pulu hansı qaydada hesablanır?
Elektromobil sahiblərinin NƏZƏRİNƏ
İşsizlərə ödənişin verilmə qaydası müəyyənləşdi
Sosial iş yerlərində şəhid ailəsi üzvlərinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək
Prezident "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 