2020-ci ildə əhalinin pərakəndə xərclərində ərzaq məhsullarına çəkilən xərcin xüsusi çəkisi son 8 ilin ən yüksək səviyyəsinə yüksəlib. Rəsmi statistikaya əsasən, ərzaq xərcləri 21 milyard 685 milyon manata çatıb ki, bu da cəmi pərakəndə xərclərinin 54 faizinə bərabərdir. Əhalinin xərclərinin 46 faizi isə qeyri-ərzaq xərclərinə yönəldilib. ONN media xəbər verir ki, 2019-cu ildə əhali ərzaq məhsullarının alınmasına 19,971 milyard manat xərcləmişdi. Ötən il ərzaq xərcləri 1,714 milyard manat, yəni 8,58 faiz artıb. Ərzaq xərcləri artdığı halda qeyri-ərzaq xərcləri azalıb. 2019-cu ildə qeyri-ərzaq mallarının alınmasına 19,42 milyard manat xərcləndiyi halda 2020-ci ildə çəkilən xərc 18,481 milyard manata enib. Müqayisə göstərir ki, ötən il ərzində qeyri-ərzaq xərcləri 940 milyon manat və ya 4,83 faiz azalıb. Qeyri-ərzaq xərclərinin azalması fonunda ərzaq xərclərinin artması əhalinin pərakəndə xərclərində onun payının xeyli dərəcədə artmasına səbəb olub. 2020-ci ildə ərzaq mallarına çəkilən xərcin xüsusi çəkisinin 54 faizə yüksəlməsi sonuncu dəfə 2013-cü ildə qeydə alınıb. Həmin ildə xərclərin 53,7 faizi ərzağa xərclənmişdi. Sonrakı illərdə ərzaq xərclərinin payı azalaraq 2016-cı ildə 49,9 faizə düşdü. 2007-2019-cu ildə ərzaq xərclərinin payı 50,7 faizə yüksəlsə də fərq böyük deyildi. Ancaq 2020-ci ildə vəziyyət kəskin dəyişdi və ərzaq xərclərinin xüsusi çəkisi 54 faizə çatdı. Ərzaq xərclərinin həcminin və xüsusi çəkisinin artması əhalinin gəlirlərinin azalması ilə paralel baş verib. Ötən il əhalinin adambaşına düşən nominal gəlirləri 2,5 faiz azalıb. Adətən əhalinin gəliri azalanda onun xərcləri də azalmalıdır. Bəs, belə bir vəziyyətdə ərzaq xərclərinin artması nə ilə bağlı ola bilər? 2020-ci ildə ərzaq xərclərinin artmasının 2 əsas səbəbi var. Birinci səbəb ərzaq mallarının daha böyük sürətlə bahalaşmasıdır. Ötən il ərzaq qiymətləri orta hesabla 5 faiz artıb. Qeyri-ərzaq mallarının qiymətləri isə 1,3 faiz yüksəlib. Ərzaq mallarının 5 faiz bahalaşması onunla nəticələnir ki, eyni miqdarda olan mala 5 faiz çox vəsait xərclənməlidir. Ərzaq xərclərinə çəkilən xərcin artmasına təsir göstərən ikinci amil karantin səbəbindən əhalinin ehtiyat toplamasıdır. 2020-ci ildə bir neçə dəfə xüsusi karantin rejiminin tətbiqi əhalidə ərzaq ehtiyatı yaratmağa vadar etdi. Bununla əlaqədar olaraq gündəlik tələbdən çox ərzaq məhsullarının alışı həyata keçirildi. Qeyd edək ki, Azərbaycanda 1995-ci ildən sonra pərakəndə ticarətdə ərzaq mallarının payında azalma müşahidə edilirdi. 1995-ci ildə ərzaq xərcləri cəmi pərakəndə ticarətin 76,3 faizini formalaşdırırdı. 1996-cı ildə makroiqtisadi sabitliyin bərpa edilməsindən, iqtisadi böyüməyə nail olduqdan sonra ərzaq xərclərinin cəmi pərakəndə xərclərdə payı azalmağa başladı. 2002-ci ildə ərzaq xərclərinin payı 70 faizə, 2011-ci ildə 61 faizə, 2016-cı ildə 49,9 faizə endi.(sfera.az)
Azərbaycanda əhalinin ərzaq xərcləri artdı – Nəyə nə qədər pul xərcləyirik?



Bir nəfər ərzağa aylıq nə qədər pul xərcləyir?
Azərbaycan əhalisi pullarını hara xərcləyir?
Ölkə əhalisi pullarını ən çox bu məhsullara xərcləyib
Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
Əhali 8 ayda nə qədər pul xərcləyib?
Əhali bir ayda ərzağa nə qədər pul xərcləyib?
Əhali 11 ayda ərzağa nə qədər xərcləyib?
Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?
Əhali xərclərinin 50%-ni ərzağa edib - SİYAHI
Azərbaycanda ən çox nəyə pul xərclənilir? — SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 