2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 37,1 milyard manata bərabər olub. ONN media xəbər verir ki, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artıb. 2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,0 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 4,2 faiz azalıb. 2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?



Əhali 8 ayda nə qədər pul xərcləyib?
Əhali bir ayda ərzağa nə qədər pul xərcləyib?
Əhali 11 ayda ərzağa nə qədər xərcləyib?
Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?
Azərbaycanda ən çox nəyə pul xərclənilir? — SİYAHI
Əhali dərmana nə qədər pul xərcləyib?
Azərbaycan əhalisi pullarını hara xərcləyir?
Ölkə əhalisi pullarını ən çox bu məhsullara xərcləyib
Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır
Ölkə əhalisi pullarını ən çox nəyə xərcləyib?
Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?
Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 