Gecədən başlayan qar Bakı sakinlərinə bir sıra probemlər yaşadıb. Ən ciddi çətinlik isə ictimai nəqliyyatla bağlıdır. Qar səbəbindən sərnişinlər bəzi avtobusların “üzünə” həsrət qalıb. ONN media xəbər verir ki, xüsusilə, Nizami rayonu (Neftçilər ms) ərazisinə qarın çox yağması səbəbindən orada daha çox çətinlik yaşanır. Sərnişinlər gedəcəkləri ünvana çatmaq üçün ya bir neçə kilometrlik yolu piyada getməli, ya da hərəyə 1 manat ödəməklə taksidən istifadə etməli olurlar. Bir çox taksilər də vəziyyətdən istifadə edib qiyməti artırır. Bu dəqiqələrdə dayanacaqlarda xeyli sayda sərnişin dayanıb və ümidlə avtobus gözləyir. Adi vaxtlarda da normal işləməyən avtobuslarımız, bir az qar görən kimi sanki tətil elan ediblər. Onların “tətil” etməsinin cəzasını da paytaxt sakinləri çəkir. Hündürlüyü heç 20 santi belə olmayan qar bu qədər problemə səbəb olursa, 50-60 sm qarda hansı problemlər olardı?! Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev səhər saatlarında xətlər üzrə avtobusların yolunda sıxlıq olduğu üçün müəyyən gecikmələrin olduğunu bildirib: “Yağıntı zamanı avtomobillər daha aşağı sürətlə hərəkət edir və nəticədə sıxlıq bir qədər də artır. Bu səbəbdən, səhər saatlarında avtobusların hərəkətində müəyyən gecikmələr yaşanıb”.
Qar paytaxt sakinlərini yolda qoydu: Avtobus yoxdur... - BNA NƏ DEYİR?



Sürücülərə VACİB XƏBƏR - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO
Ankara-İstanbul yolu BAĞLANDI - SƏBƏB?
Dayanacaqlarda məlumat monitorları niyə işləmir?
Köhnə avtobusların aqibəti necə olacaq?
Bakıda təhlükə saçan avtobusda sərnişinlər olub?
Bu tarixdə ictimai nəqliyyat işləməyəcək- SƏBƏB?
Qar bu ölkəni iflic etdi
Bu sürücülər 40 manat cərimələnəcək
Taksi xidmətlərindən istifadə edənlər! – MÜTLƏQ OXUYUN
"Ağlınıza gələni yazırsız"- BNA-dan sərt reaksiya
Bakı bu gün səhər... - Foto
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 