Rusiya qarnizonlarının birində hərbi xidməti zamanı həmkarlarını qətlə yetirən Şamil Şəmsəddinovun cəzası bəlli olub. ONN media xəbər verir ki, o, 24,5 il sərt rejimdə həbs cəzasına məhkum olunub. Ş.Şəmsəddinov qurbanların yaxınlarına kompensasiya ödəməli olacaq: 4 nəfərin hər birinə - 1,5 milyon, 2 nəfərin hər birinə - 1,3 milyon və 1 nəfərə - 1,2 milyon rubl. Bildirilib ki, Ş.Şəmsəddinov məhkəmə hökmünü sakitcə dinləyib. Qərar barədə apelyasiya şikayəti verməyə dair müzakirələr hələ ki yoxdur. Qeyd edək ki, Şamil Şəmsəddinov 25 oktyabr 2019-cu il tarixində qarnizonda odlu silahdan istifadə edərək həmkarlarına atəş açmışdı. Nəticədə 8 nəfər ölmüş, 2 nəfər ağır yaralanmışdı. O, bu hərəkətini hərbi hissədəki "dedovşina" və zorakılıqla izah etmişdi. Çağırışçı günahını etiraf etmişdi. Psixoloji və psixiatrik araşdırmada onun hər hansı problemi aşkar edilməyib. Şəmsəddinovla birgə qulluq edən Rüstəm Muxatov 2020-ci ildə 2 il şərti həbs və 30 min rubl cəriməyə məhkum edilmişdi. O, əsgərləri bir neçə saat fiziki məşqlər etməyə məcbur etdiyini, boks əlcəyilə döydüyünü və siqaret çəkməyə gedəndə təpik vurduğunu etiraf etmişdi. Lakin əsgərlərin döyüldüyü, yuxusuz qaldığı, onların başını tualetə batıracağı ilə təhdid edildiyi və Muxatovun rüşvət aldığına dair ittihamlar məhkəmə prosesi zamanı ortaya çıxmışdı.
10 həmkarını güllələyən əsgərin cəzası bəlli oldu



Əfv olunan 11 qadın azadlığa buraxıldı
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRANCAM
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Əfv sərəncamının icrasına başlanıldı
Rusiya səfirinin qatillərinə HÖKM OXUNDU
Prezidentdən 620 nəfərə Novruz MÜJDƏSİ
5 jurnalisti öldürən caniyə 5 dəfə ömürlük həbs cəzası verildi
Ronalduya həbs ŞOKU
ABŞ-da 22 nəfərin qatili olan 21 yaşlı oğlan tutuldu
Ölkə tarixində ilk dəfə beş nəfərə EDAM CƏZASI verildi
Əsəd HƏBS EDİLDİ - Bütün sərvəti əlindən alındı
Məşhur aktyor HƏBS EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 