Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi barədə cinayət işi üzrə hökmünü açıqlayıb. ONN media bildirir ki, 28 şübhəlidən beşi bəraət alıb. Doqquz nəfərə 5 ildən 15 ilədək həbs cəzası kəsilib. Daha beş nəfər ömürlük həbs cəzasına məhkum olunub. Doqquz nəfər isə hələ də axtarışdadır. Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada açılmış "Rusiya Kalininqraddan Kamçatkayadək səyyahın gözü ilə" fotosərgisində qətlə yetirilmişdi. Türkiyə hökumətinin məlumatına görə, səfirə polis əməkdaşı Mevlüt Mert Altıntaş atəş açmışdı. Onu mühafizəçilər məhv etmişdilər. Qətldə 28 nəfər, o cümlədən terrorçubaşı elan edilmiş Fətullah Gülən təqsirləndirilirdi. O isə bütün ittihamları rədd edir. Yekun hökmdə qeyd olunur ki, Karlovun qətli Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq məqsədi daşıyan təxribatdır. Rusiyalı səfirin qətli barədə məhkəmə 2019-cu il yanvarın 8-də başlayıb. Türkiyə prokurorluğu 8 şübhəliyə - Şahin Sögüt, Ramazan Yücel, Ahmet Kılıçarslan, Salih Yılmaz, Hüseyn Kötüce, Vehbi Kürşat Akalın, Hayreddin Aydınbaş və Mustafa Timur Özkana - ömürlük həbs cəzası tələb edib. Hasan Tunc, Ayşe Sögüt, Kaan Bülbül, Sercan Başar və Ufuk Gülə prokurorluq 15 il həbs cəzası, Doğukan Söyləməzin, Kadir Şamlının, Oğuzhan Öztürkün, Abdulsamet Kekeçin, Sefa Kurnazın və Bilal Dərəlinin isə bəraət almasını istəyib. Axtarışda olan 9 nəfərin, o cümlədən F.Gülənin cinayət işinə isə prokurorluq ayrıca baxmağı xahiş edib. Moskva Ankaranın bu qərarından məmnun qalıb. Rusiya XİN-dən verilən məlumata görə, Moskva Ankaranın Karlovun qətlini sifariş edənlər barədə tam məlumatı Rusiya tərəfinə ötürəcəyinə ümid edir.
Rusiya səfirinin qatillərinə HÖKM OXUNDU



Ankarada qətlə yetirilən səfirin büstü qoyuldu
İkinci Karlov olayı ehtimalına Türkiyədən reaksiya
Türkiyədə növbəti FETÖ əməliyyatı
Səfirin DƏHŞƏTLİ QƏTLİ: Arvadı sevgilisi ilə əlbir olub...
Bu, terror aktıdır və 70-ci illərdə ermənilər... - Çavuşoğlu
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRANCAM
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
10 həmkarını güllələyən əsgərin cəzası bəlli oldu
Rusiya kəşfiyyatçısını öldürən erməni həbs edildi
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…
Əfv olunan 11 qadın azadlığa buraxıldı
Əfv sərəncamının icrasına başlanıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 