AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərlə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, qəhrəmanlıq ənənələrini hər zaman uca tutaraq bu istiqamətdə də mühüm addımlar atıb. Görülən işlərin davamı olaraq, Azərbaycan kitabxana sistemində ilk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq. Fondda bu günə kimi Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək. AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya verilən məlumata əsasən, bununla yanaşı, fond Mərkəzi Elmi Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq. Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.
AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq



Ramiz Mehdiyev yeni direktor təyin etdi
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
AMEA Naxçıvan Bölməsinin kolleksiyası MEK-də mühafizə olunur
AMEA-da prezident seçkiləri keçiriləcək
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib
Mərkəzi Elmi Kitabxana Böyük Muruq kəndində “Açıq kitabxana” layihəsini həyata keçirib
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
Qarabağ Universiteti yaradılacaq
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Mərkəzi Elmi Kitabxana Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 