AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq adlanan ucqar dağ kəndinin orta məktəbinə olub. MEK əməkdaşları – Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev orta məktəblə tanış olublar.
Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, görüş zamanı Qusar rayonu Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev məktəbdə aparılan təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verib. M.Göyüşlü “Açıq kitabxana” layihəsindən, MEK-in Milli Rəqəmsal Yaddaş bazasından, “AXC-100” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən və digər istiqamətlərdə fəaliyyətdən danışıb. Qeyd edib ki, bu müddət ərzində bir sıra qurumlar, o cümlədən Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi, Şamaxı rayon məktəb kitabxanaları, Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyinin Ağdamdakı “N” saylı hərbi hissəsi və digər qurumlar “Açıq kitabxana” layihəsindən faydalanıblar.
Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana bu günə qədər layihə çərçivəsində AMEA-nın elmi müəssisələri, Təhsil və Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Respublika Elmi Pedaqoji Kitabxanası, Diasporla İş üzrə Dövlət Komitəsiylə əməkdaşlıq edib.



Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Axundov kitabxanası bağlandı- Səbəb?
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Mətbuat Şurası və Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Şəhərin mərkəzində kitabxana BAĞLANDI- SƏBƏB?
Mərkəzi Elmi Kitabxana Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
Türkiyənin ilk və yeganə Qadın əsərləri kitabxanası
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 