İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə Ümummilli liderimiz Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri bir daha AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əsas fəaliyyət missiyasını müəyyən edir. Ulu öndərin davamçısı olan Prezident İlham Əliyev Azərbaycan kitabxanalarını Azərbaycan xalqının milli sərvəti hesab edir. Bu milli sərvətin mühüm tərkib hisslərindən biri də MEK-in elmi ədəbiyyat fondlarıdır. Mərkəzi Elmi Kitabxanasından ONN media -ya verilən məlumata görə, kitabxana rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur. MEK-də yeni yaradılan Şərqşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətlərini şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplekləşdirilməsi, elmi kataloqlaşdırılması, elektron kataloqun formalaşdırılması, informasiya-axtarış aparatının təşkili və aparılması, oxuculara kitabxana-informasiya xidmətinin təşkili və s. əhatə edir. Bundan başqa, şöbə Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini həyata keçirir. Sənədlərin istifadəsi acıq rəf üsulunda təqdim edilir.
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı



Ramiz Mehdiyev yeni direktor təyin etdi
AMEA-da prezident seçkiləri keçiriləcək
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
Axundov kitabxanası bağlandı- Səbəb?
Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradıldı
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
Mərkəzi Elmi Kitabxana Böyük Muruq kəndində “Açıq kitabxana” layihəsini həyata keçirib
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 